XƏBƏRLƏR

”ACCA members” olan UNEC SABAH məzunları!

MƏZUNLAR

10 Aprel 2024

#SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin 8 məzunu #АССА (Association of Chartered Certified Accountants) — İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvlüyünə qəbul edildi!

Bu münasibətlə Mirşahin Ağayev, Nigar Rəsulova, Şamo Hüseynov, Ramin Əzizov, Yeganə Səmədova, Elşən Şahverdiyev, Zahid Qədimov və Əvəz Mehrəliyevi təbrik edir və uğurlar diləyirik!

Qeyd edək ki, ACCA-nın üzvü olmaq üçün səviyyələr üzrə bütün imtahanları vermək, peşə etikası modulundan keçmək və müvafiq vəzifədə 3 illik iş təcrübəsinə sahib olmaq lazımdır.