Evdə qalaq, inkişafdan qalmayaq!
“Your English Voice” ingillis dilli müsabiqəsinin növbəti mərhələsində evdə qalaraq iştirak edin!
Müsabiqənin növbəti mərhələsi “Video müsabiqə” şəklində aparılacaqdır. Bu mərhələdə iştirakçılar çəkdikləri videolar əsasında dəyərləndirilərək növbəti mərhələyə (YEKUN mərhələ) keçid əldə edəcəklər.
Müsabiqədə iştirak edəcək tələbələrdən mərhələyə dair aşağıda təqdim olunmuş qayda və təlimatlar ilə diqqətlə tanış olmaları və qeyd olunan tarixdən gec olmayaraq videolarını qeydiyyatdan keçirmələri xahiş olunur.
Video müsabiqəsinin QAYDALARI:
- Hər iştirakçı yalnız bir video ilə müsabiqədə iştirak edə bilər.
- Video təqdim edilmiş mövzulardan birinə həsr edilməlidir. (Mövzular ilə buradan tanış olun)
- Videonu hazırlamaq üçün iştirakçılara 17 gün (30 aprel - 17 may) vaxt verilir. Qeyd olunan tarixdən gec göndərilən videolar qəbul edilmir və həmin iştirakçılar müsabiqədən kanarlaşdırılır.
- Videolar mövzunu əks etdirən məzmunu daşımalıdır. (Videonun məzmununa dair təlimat ilə buradan tanış olun)
- Videoda bütün yazılar və danışıqlar ingilis dilində olmalıdır.
- Video təqim edilmiş bütün texniki tələblərə uyğun olaraq hazırlanmalıdır. (Videoya dair texniki tələblər ilə buradan tanış olun)
- Video hazır olduqda Google Drive-a yuklənilməli (videonun yüklənilməsinə dair təlimat ilə buradan tanış olun), daha sonra videonun linki müvafiq qeydiyyat formasına daxil edilməlidir. (Qeydiyyat formasına buradan daxil olun)
- Qeydiyyat zamanı tələb olunan “iş nömrəsi” növbəti mərhələyə vəsiqə qazananların siyahısında iştirakçıların adları qarşısında qeyd olunan “iş nömrəsi” ilə eynilik təşkil etməlidir;
- Qeydiyyat zamanı iştirakçının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi dəqiqliklə qeyd olunmalıdır.
- Qeydiyyatdan keçməyən videolar qəbul edilməyəcəkdir.
- Qeydiyyat üçün son tarix 17 may saat 00:00-dır.
Yüklənmiş videoların dəyərləndirilməsi zamanı münsiflər heyətinin verdiyi bal və növbəti mərhələdə keçiriləcək səsvermə xalları nəzərə alınacaqdır. Ən yüksən xal toplayan iştirakçılar növbəti mərhələdə iştirak hüququnu qazanacaqlar.
Müsabiqə mərhələsi ilə bağlı yarana biləcək suallarınızı yourenglishvoice.info@sabah.edu.az ünvanına göndərə bilərsiniz.
Qeydiyyat linkinə buradan keçə bilərsiniz: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=L5ZinzvtdE-vcETFx2T9pNYuvroEmqlKh50H2UOcXKVURVdZQUZHWDdOSVUwR0RWTlJTNkRXU0JMWC4u
Bütün tələbələrə uğurlar azru edirik!