“Your English Voice” - test imtahanının nəticələri!

Hörmətli tələbələr,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilis dilli müsabiqəsinin 23 fevral 2020-ci il tarixində baş tutmuş test imtahanında ümumilikdə 57 ixtisas üzrə 277 nəfər tələbə iştirak etmiş, onlardan 92 nəfər növbəti mərhələdə iştirak imkanı qazanmışdır. Bildiririk ki, imtahandan keçid balı 40 bal olaraq müəyyənləşdirilmişdir.  

Test mərhələsində iştirak etmiş tələbələrin balları, həmçinin növbəti mərhələyə müvəffəqiyyətlə keçən tələbələrin siyahısı ilə buradan tanış ola bilərsiniz.  

Müsabiqənin video təqdimat mərhələsi haqqında geniş məlumat 30 aprel tarixinədək www.sabah.edu.az təqdim olunacaqdır.  

Bütün iştirakçılara uğurlar arzu edirik!

Xatırladırıq ki, “Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin bütün mərhələlər üzrə qalibi Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən  biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı əldə edəcək. 

Müsabiqə ilə bağlı yarana biləcək suallarınızı yourenglishvoice.info@sabah.edu.az ünvanına göndərə bilərsiniz.