Hörmətli tələbələr,
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilis dilli müsabiqəsinin birinci mərhələsində 57 ixtisas üzrə 438 tələbə elektron qeydiyyatı müvəffəqiyyətlə tamamlamış, 403 tələbənin müraciəti təsdiqlənmiş, 35 tələbənin müraciəti isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilmişdir.
Your English Voice müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 23 FEVRAL 2020-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (İçərişəhər m/s yaxınlığı, İstiqlaliyyət Küçəsi 6) keçiriləcəkdir.
Tələbələrin otaqlar üzrə bölgüsü haqqında məlumatı buradan əldə edə bilərsiniz.
________________________________________________________________________________
DİQQƏT! İMTAHAN IŞTIRAKÇILARININ NƏZƏRİNƏ:
İMTAHAN GÜNÜ QADAGANDIR:
Belə hallar aşkar olunarsa həmin tələbə xəbərdarlıq olunmadan imtahandan xaric olunacaq və onun imtahan nəticələri ləğv olunacaqdır.
İmtahan nəticələri 10 iş günü ərzində www.sabah.edu.az saytında paylaşılacaqdır.
________________________________________________________________________________
Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin 2-ci və 3-cü kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.
Müsabiqənin bütün mərhələlər üzrə qalibləri Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı əldə edəcəklər.