“Your English Voice” müsabiqəsinə qeydiyyat açıq elan olunur!

İngilis dili biliyini təkmilləşdirmək, müxtəlif sosial problemlərin həlli yolunu axtarmaq və böyük bir komandanın üzvü olmaq istəyirsənsə “Your English Voice” müsabiqəsinə qoşul və Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən  biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı qazan!

Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin  II III kurs tələbələri iştirak edə bilər.

Universitetlərin siyahısı:

  1. Azərbaycan Dillər Universiteti
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
  6. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  7. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  8. Azərbaycan Milli Konservatoriyası
  9. Azərbaycan Texniki Universiteti
  10. Bakı Dövlət Universiteti
  11. Bakı Mühəndislik Universiteti
  12. Bakı Slavyan Universiteti
  13. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 

Müsabiqənin mərhələləri:

  1. İngilis dili üzrə test imtahanı
  2. İngilis dilində video müsabiqə (komanda şəklində)
  3. İngilis dilində təqdimat (komanda şəklində)

Müsabiqəyə qoşulmaq üçün 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalından uyğun qaydada qeydiyyatdan keçməyiniz tələb olunur.

Müsabiqə mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında paylaşılacaqdır.

“Your English Voice” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council Azərbaycan” təşkilatının birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir