UNİVERİUM yataqxanasında yaşayışla təmin olunmuş tələbələrin siyahısı

SABAH QRUPLARINDA TƏHSIL ALAN TƏLƏBƏLƏRIN NƏZƏRINƏ!

2021/2022-ci tədris ilində UNİVERİUM yataqxanasında yaşayışla təmin olunmuş SABAH tələbələrin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Yataqxanaya yerləşmə qrafiki yaxın günlərdə www.sabah.edu.az saytında paylaşılacaq.

DİQQƏT! Yataqxanaya yerləşmək üçün aşağıdakı sənədləri yataqxanaya təqdim etmək mütləqdir:

  1. Şəxsiyyət vəsiqəsi;
  2. COVİD-19 pasportu (immunitet, peyvənd və ya əks göstəriş sertifikatı);
  3. Sağlamlıq haqqında arayış.

BOŞ QALAN YERLƏR ÜZRƏ ƏLAVƏ QEYDİYYAT:

Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri boş qalan yerlər üzrə UNİVERİUM yataqxanasına növbəti qeydiyyat linki  vasitəsi ilə müraciət edə bilərlər.

Müraciət üçün son tarix 22 sentyabr saat 00:00.