UNİVERİUM yataqxanasında boş qalmış yerlərə meyarlara əsasən seçilmiş tələbələrin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, yataqxana ilə təmin olunma aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılmışdır.
Meyar 1. Valideynlərindən birini və ya hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladları, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşların övladları;
Meyar2. Qaçqın və ya məcburi köçkün olan tələbələr və ya həmin ailələrin övladları;
Meyar 3. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən (I və II qrup) əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən vətəndaşların övladları;
Meyar 4. Müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının övladları;
Meyar 5. Hər iki valideyni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınmış tələbələr;
Meyar 6. 3 və daha çox uşağı olan ailələrin övladları;
Meyar 7. SABAH qruplarında təhsil ilə əlaqəli olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində yerləşən ali təhsil müəssisələrindən SABAH baza ali təhsil müəssisələrinə köçürülmüş tələbələr.