1. Elektron ərizə “İstifadəçi hesabının yaradılması” və “Elektron ərizənin doldurulması” mərhələlərindən ibarətdir.

2. Qeydiyyat zamanı daxil edilən şifrə 8 işarədən çox olmamalıdır.

3. Qeydiyyat zamanı daxil edilən email ünvanı daim istifadə etdiyiniz email olmalıdır. Əks halda hesabınızı aktivləşdirərək elektron ərizəni doldurmağınız mümkün olmayacaqdır.

4. İstifadəçi hesabını yaratmaq üçün “Qeydiyyat” düyməsi vasitəsilə müvafiq linkə keçid edərək tələb olunan məlumatları daxil etməlisiniz. Bütün xanaların doldurulması vacibdir.

5. Eyni şəxsiyyət vəsiqəsi və email ünvanı ilə yalnız 1 dəfə qeydiyyatdan keçmək mümkündür.

6. İstifadəçi hesabını daxil etdiyiniz email ünvanına göndərilmiş keçid vasitəsilə aktivləşdirməlisiniz.

7. Elektron ərizədə müvafiq məlumat bazaları vasitəsilə artıq daxil edilmiş məlumatların doğruluğunu yoxlamalı və müvafiq boş xanaları doldurmalısınız.

8. Elektron ərizədə “Təhsil almaq istədiyiniz dil” bölməsində seçim etməzdən öncə “SABAH qruplarına tələbə seçimi Qaydaları”nın 5.6-cı və 7.5-ci bəndləri ilə tanış olmalısınız.

9. Elektron ərizəyə yüklənilən akademik arayış imzalı və möhürlü olmaqla, aydın şəkildə skan olunmuş olmalıdır. Əks halda, sənəd uyğunsuz hesab olunur. Akademik arayış nümunəsini buradan yükləyə bilərsiniz. 

10. Elektron ərizədə “Düzəlişləri yadda saxla” və “Göndər” düymələri mövcuddur. Düzəlişləri yadda saxla funksiyasından istifadə etdiyiniz zaman elektron ərizənizə təkrar daxil ola və redaktə edə bilərsiniz. Lakin bu ərizələr tamamlanmış hesab olunmur.

11. Elektron ərizəni tamamlamaq üçün “Göndər” düyməsindən istifadə etməyiniz tələb olunur. Tamamlanmış ərizələrin üzərində redaktə mümkün deyildir. Yalnız tamamlanmış ərizələrə baxılır.

12. Tamamlanmış elektron ərizələr yoxlandıqdan sonra düzəliş üçün geri göndərilə, təsdiqlənə və ya ləğv oluna bilər. Hər bir mərhələ barəsində daxil etdiyiniz email ünvanına müvafiq bildiriş göndəriləcəkdir.

13. Geri göndərilmiş elektron ərizədə uyğun düzəlişləri etmək üçün ərizədə “Redaktə” düyməsini sıxmalısınız. Ərizəni redaktə etdikdən sonra təkrar “Göndər” düyməsini sıxmalısınız.

14. İstifadəçi hesabını yaradarkən və elektron ərizəni doldurarkən daxil etdiyiniz məlumatların doğruluğundan əmin olmalısınız.

15. Elektron ərizənin doldurulması ilə bağlı sualınız yarandıqda, həftəiçi saat 16:00-dan 18:00-dək (055) 3317631 nömrələsi ilə əlaqə saxlaya bilərsiniz.