SABAHımız siz olun!

SABAH qrupları 2017/2018-ci tədris ili üçün tələbə qəbulu üzrə müsabiqəni açıq elan edir!

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyyən olunmuş son qeydiyat tarixləri aşağıdakı şəkildədir:

Ali Təhsil Müəssisəsi Son Qeydiyyat Tarixi
Bakı Dövlət Universiteti 7 may 2017-ci il
Azərbaycan Dövlət İqtisad Universiteti 7 may 2017-ci il
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 7 may 2017-ci il
Azərbaycan Dillər Universiteti 7 may 2017-ci il
Bakı Slavyan Universiteti 7 may 2017-ci il
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 7 may 2017-ci il
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 7 may 2017-ci il
Bakı Musiqi Akademiyası 7 may 2017-ci il
Azərbaycan Texniki Universiteti 7 may 2017-ci il
Azərbaycan Memarlıq və İnşaat Universiteti 7 may 2017-ci il
Azərbaycan Dövlət Pedaqoji Universiteti 7 may 2017-ci il
Bakı Mühəndislik Universiteti 27 aprel 2017-ci il
Sumqayıt Dövlət Universiteti 27 aprel 2017-ci il
Lənkəran Dövlət Universiteti 27 aprel 2017-ci il
Gəncə Dövlət Universiteti 27 aprel 2017-ci il
Azərbaycan Texnologiya Universiteti 27 aprel 2017-ci il
Mingəçevir Dövlət Universiteti 27 aprel 2017-ci il
Naxçıvan Dövlət Universiteti 27 aprel 2017-ci il
Naxçıvan Müəllimlər İnstitutu 27 aprel 2017-ci il
Azərbaycan Milli Konservatoriyası 27 aprel 2017-ci il


Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.

2017/2018-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış  olmağınız tövsiyə olunur.

ELEKTRON ƏRİZƏYƏ KEÇ