SABAH tələbəsi Fransada keçirilən yarışda Azərbaycanı təmsil etmişdir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qruplarında təhsil alan 4-cü kurs tələbəsi Erkin Nəcəfli “Schneider Electric” şirkətinin dəstəyi ilə təşkil edilmiş “Go Green in the City 2016” adlı davamlı və səmərəli enerji ideyaları mövzusunda tələbə müsabiqəsində iştirak etmişdir. Müsabiqədə ADA Universitetinin tələbəsi Ceyla Axundova ilə birlikdə səs dalğalarından elektrik enerjisinin alınması ideyası ilə çıxış edən Erkin yarı final mərhələsini keçərək, Fransanın Paris şəhərində keçirilən finalda iştirak etməyə dəvət qazanmış və 12 komanda arasında Azərbaycanı təmsil etmişdir.

Tələbəmizi uğurlu addımları üçün təbrik edir və uğurlarının davamını diləyirik!