SABAH tələbələrinin daha bir uğuru

 SABAH qruplarının Bakı Dövlət Universitetinin Komputer elmləri ixtisasında təhsil alan  tələbələri Ülvi Cəfər oğlu Şükürzadə və Ağababa Vəkil oğlu Bağırov Tbilisi şəhərində keçirilən Global Seed Forumda “OCTO Bot” layihəsi ilə Azərbaycan Respublikasını təmsil etmişlər. Seed Forum-a müraciət edən 30-dan artıq layihədən sadəcə 12 komanda online dəyərləndirmə ilə finala keçmişdir. 12 komanda içərisində Bakı Dövlət Universitetinin SABAH qrupları tələbələri də təmsil olunmuşlar. Finaldan öncə  bu sahədə 30 illik təcrubəsi olan və Seed Forumun qurucusu Steinar Hoel Korsmo tərəfindən təqdimat bacarıqlarının artırılması məqsədi ilə University Of  Gerogia-da Forum iştirakçıları üçün  iki günlük təlim keçirilmişdir. Final turunda tələbələrimiz 30-dan artıq nüfuzlu dövlət xadimi (Norveç səfiri , Gürcüstan prezidentinin IT ve Start up üzrə baş məsləhətçisi, Seed Forum prezidenti, və s.) və investorlar qarşısında çıxış edərək öz layihələrini təqdim etmişlər.