SABAH QRUPLARI

SABAH tələbələri Azercell şirkətində təcrübə keçmək imkanı qazandılar

Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları və Azercell Telecom MMC arasında imzalanmış memorandum çərçivəsində 14 SABAH tələbəsi Azercell Telecom şirkətinin yay təcrübə proqramında iştirak haqqı qazanıblar:

Nurlan Məmmədli - Bakı Dövlət Universiteti

Raul Misirxanov - Bakı Dövlət Universiteti

Gülnar Nəcəfova - Bakı Dövlət Universiteti

Şəfəq Aslanzadə - Bakı Dövlət Universiteti

Könül Nəzərli - Azərbaycan Dillər Universiteti

Nazlı Ismayılova - Azərbaycan Dövlət İqtisad Universiteti

Cəmilə Bağırova - Azərbaycan Dövlət İqtisad Universiteti

Murad Teymurov - Azərbaycan Dövlət İqtisad Universiteti

Əli Hüseynov - Azərbaycan Dövlət İqtisad Universiteti

İslam Tağıyev - Azərbaycan Dövlət İqtisad Universiteti

Ülkər Bağırova - Azərbaycan Dövlət İqtisad Universiteti

Yeganə Səmədova - Azərbaycan Dövlət İqtisad Universiteti

Ramil Həsənov - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Əli Xəlilov - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Qalib tələbələrin mentorların iştirakı ilə baş tutan “Azercell-də ilk gün” adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti haqqında məlumat verilib.

Qeyd edək ki, sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı sayəsində ali məktəblərin sonuncu kurs tələbələri mentorları ilə birlikdə işləyərək əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə və telekommunikasiya sahəsində müəyyən biliklər əldə etməyə imkan qazanacaqlar.

Məlumat üçün bildirək ki, Memorandum çərçivəsində indiyə kimi 16 SABAH tələbəsi Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçmişdir.