SABAH tələbələri arasında bilik yarışı keçiriləcək

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib.

8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 100-dən artıq tələbə cari ilin aprel ayının sonunda keçiriləcək ikinci mərhələdə iştirak edəcək.