SABAH tələbələri ADNSU-da keçirilən Baker Hughes şirkətinin təlimində iştirak ediblər

Baker Hughes şirkəti öz həcminə görə Schlumberger və Halliburton şirkətlərindən sonra dünyada üçüncü yeri tutur. Baker Hughes şirkəti dünyanın 90-dan çox ölkəsində neft-qaz sahəsində müəssisələrə xidmət göstərir. Neftin, qazın və çətin hasil edilən karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatının, həmçinin geotermal enerji mənbələrinin mənimsənilməsinin effektivliyinin yüksəldilməsinə köməklik göstərir.  2017-ci ilin mart ayının 3-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və SABAH qruplarının təşkilatçılığı ilə IV kurs tələbələri və məzunlar üçün Baker Hughes şirkəti təlim təşkil etmişdir. Təlimdə əsas məqsəd tələbə və məzunların həmin şirkətdə staj keçməsinin təşkil edilməsidir. Şirkətin əsas fəaliyyət istiqamətləri, görülən işlər barədə məlumat verən şirkət nümayəndələri təlimin sonunda tələbələrə bilik və dünyagörüşlərinin yoxlanılması məqsədilə test imtahanı keçirdilər. Test imtahanı məntiq və xarici dil olmaqla iki mərhələdə aparıldı. İmtahanın sonunda tələbələr imtahan vərəqləri ilə birlikdə öz CV-lərini də şirkət nümayəndələrinə təqdim etdilər. İmtahandan uğurla keçən tələbələr şirkətdə təcrübə keçmə imkanı qazanacaqdır.