SABAH qruplarında tədrisə cəlb olunmuş müəllimlər üçün təlim keçirildi.

Tədbirin tarixi: 01 Yanvar, saat

18-19 oktyabr, 25-26 oktyabr və 1-2 dekabr 2014-cü il tarixlərində SABAH qruplarında tədrisə cəlb olunmuş müəllimlər üçün ADA universitetində təlim keçirilmişdir.  Vəfa Kazdal və Anar Vəliyev (ADA universitetinin professor – müəllim heyəti) tərəfindən aparılmış təlimlərdə baza ATM – lər üzrə 120 nəfər müəllim iştirak etmişdir. Təlim aşağıdakı mövzuları əhatə etmişdir: ∙ Sillabusların tərtib olunması. ∙ Dəyərləndirilmənin hazırlanması və seçilməsi ∙ Öyrənmə səviyyələri ∙ Bacarıq və səriştələr