SABAH Qruplarında 2018/2019-ci tədris ilinin Payız semestrinə müəllim qəbulu

SABAH Qruplarına 2019-2020 -ci tədris ilinin Payız semestrinə müəllim qəbulu

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYININ SABAH QRUPLARINDA 2019/2020–CI TƏDRIS ILININ PAYIZ SEMESTRINDƏ MÜXTƏLIF FƏNLƏRIN TƏDRISINI APARMAQ MƏQSƏDILƏ PROFESSOR-MÜƏLLIM HEYƏTI VƏ MÜTƏXƏSSISLƏR IŞƏ DƏVƏT OLUNURLAR.

ÖHDƏLIKLƏR

  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;
  • ATM-lərin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi.

NAMIZƏDƏ TƏLƏBLƏR

  • Əlaqədar sahədə ən aşağı Magistr dərəcəsi olan;
  • İKT və sahə bilikləri yüksək səviyyədə olan;
  • İnnovativ tədris metodikalarından istifadə edə bilən;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;
  • Dinamik, pozitiv və ünsiyyətcil.Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurmaq xahiş olunur.

Seçim zamanı müvafiq sahə üzrə ali tədris təcrübəsi olan, Fəlsəfə doktoru/Elmlər doktroru və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd 2 FƏNNƏ qədər seçə bilər.

Fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz.  

Müraciət etmək üçün  "Müraciət_forması" doldurmağınız tələb olunur.       

Son müraciət tarixi: 30 IYUN  2019-CU IL