SABAH QRUPLARINDA TƏHSIL ALAN TƏLƏBƏLƏRININ NƏZƏRINƏ!
Hörmətli tələbələr, 2020/2021-ci tədris ilində SABAH yataqxanası ilə təmin olunmaqla bağlı aşağıdakı məlumatla tanış olmağınız xahiş olunur.
Əyani tədrisin bərpa ediləcəyi halda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri bu qruplarda təhsil aldıqları dövr ərzində yataqxanada yerləşdirilə bilərlər.
Yataqxanaya ilk növbədə SABAH qruplarına qəbul zamanı elektron müraciət formasında yataqxanaya ehtiyac olduğunu göstərmiş II kurs tələbələri yerləşdiriləcək. III və IV kurs tələbələrinin yataqxanada yerləşdirilməsi II kurs tələbələrinin yerləşdirilməsi başa çatdıqdan sonra aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılacaq.
YATAQXANAYA QEYDIYYAT ÜÇÜN UYĞUNLUQ MEYARLARI
MEYYAR 1: Valideynlərindən birini və ya hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladları, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşların övladları;
MEYYAR 2: Qaçqın və ya məcburi köçkün olan tələbələr və ya həmin ailələrin övladları;
MEYYAR 3: Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən (I və II qrup) əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən vətəndaşların övladları;
MEYYAR 4: Müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının övladları;
MEYYAR 5: Hər iki valideyni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınmış tələbələr;
MEYYAR 6: 3 və daha çox uşağı olan ailələrin övladları;
MEYYAR 7: SABAH qruplarında təhsil ilə əlaqəli olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində yerləşən ali təhsil müəssisələrindən SABAH baza ali təhsil müəssisələrinə köçürülmüş tələbələr.
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Meyarların əsası olaraq tələb olunan sənədlər (surətləri) aşağıdakılardır. ŞƏXSIYYƏT VƏSIQƏSININ SURƏTI BÜTÜN HALLARDA TƏQDIM OLUNMALIDIR.
DİQQƏT! Yeni növ şəxsiyyət vəsiqəsi olan tələbələr əlavə olaraq yaşayış yerindən arayış təqdim etməlidirlər.
MEYYAR 1 üzrə: Ölüm və ya boşanma haqqında şəhadətnamə, müvafiq statusu göstərən vəsiqə, (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
Meyyar 2 üzrə: Vəsiqə (Qaçqın və ya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
Meyyar 3 üzrə: Vəsiqə və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
Meyyar 4 üzrə: Vəsiqə (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
Meyyar 5 üzrə: Arayış (ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
Meyyar 6 üzrə: Ailə tərkibi haqqında yaşayış yerindən arayış
Meyyar 7 üzrə: Sənəd tələb olunmur
Tələbələrin yataqxanaya qeydiyyatı ELEKTRON MÜRACIƏT FORMASININ DOLDURULMASI və UYĞUN SƏNƏDLƏRIN TƏQDIM OLUNMASI əsasında aparılacaqdır.
Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.
II kurs tələbələrinin bu mərhələdə qeydiyyatdan keçməsinə və hər hansı bir sənəd təqdim etməsinə ehtiyac yoxdur.
ELEKTRON MÜRACİƏT FORMASININ DOLDURULMASI ÜÇÜN SON TARIX 5 fevral 2021-Cİ ILDIR. QEYDIYYAT LINKI: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=L5ZinzvtdE-vcETFx2T9pNYuvroEmqlKh50H2UOcXKVUQzE2QTdLNVg1NVdaOElZR01HWk5GUDI2Si4u
Tələbələr seçilmiş meyara uyğun sənədlərini 1-10 fevral 2020-Cİ IL tarixləri arasında email vasitəsilə ilə student@sabah.edu.az email ünvanına təqdim etməlidirlər. Sənədlər aydın şəkildə skan olunmuş formada “Yataqxanaya Müraciət 2021” başlığı altında göndərilmlidir.
AYDIN ŞƏKILDƏ SKAN OLUNMAMIŞ SƏNƏDLƏR QƏBUL EDILMƏYƏCƏKDIR.