SABAH BİLİK YARIŞMASINA QOŞUL!
Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Riyaziyyat, Müəllimlik, İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASI iki mərhələdən ibarət olmaqla cari ilin fevral-aprel aylarında keçiriləcəkdir.
Müvafiq BİLİK YARIŞMASInda qeydiyatdan keçmiş SABAH qrupları tələbələri mütləq şəkildə saat 8:50 gec olmayaraq yarışma keçirələcək məkanda olmalıdırlar.
Bilik yarışmalarının keçirilmə məkanı:
- Riyaziyyat üzrə Bilik Yarışması (Riyazi analiz, Diferensial tənliklər, Xətti cəbr, Ehtimal nəzəriyyəsi) 25/02/19 tarixində Bakı Dövlət Universitetində (Akademik Zahid Xəlilov küçəsi 23) keçiriləcəkdir:
•Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Sənayə Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri üçün yarışma məkanı Bakı Dövlət Universitetinin əsas binası;
•Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq Incəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün yarışma məkanı Bakı Dövlət Universitetinin 1 saylı korpusu.
Təlimat: BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi və ya tələbə bileti, diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.