SABAH BİLİK YARIŞMASI-2019 II mərhələsinə “start” verilir!

SABAH BİLİK YARIŞMASI-2019 II mərhələsinə “start” verilir!

Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASI iki mərhələdən ibarət olmaqla cari ilin fevral-aprel aylarında keçirilir.

BİLİK YARIŞMASının I mərhələsini uğurla keçmiş iştirakçılar II mərhələdə iştirak etmək üçün aşağıda göstərilən tarix və vaxtda qeyd olunan ali təhsil müəssisəsində olmalıdırlar:

  • Riyaziyyat üzrə Bilik Yarışması 11/03/19 tarixində Bakı Dövlət Universitetinin əsas binasında (Akademik Zahid Xəlilov küçəsi 23);
  • Müəllimlik üzrə Bilik Yarışması 13/03/19 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında (Üzeyir Hacıbəyli küçəsi 68).
  • İnformasiya Texnoloyaları üzrə Bilik Yarışması 15/03/19 tarixində Azərbaycan Texniki Universitetin əsas binasında (Hüseyn Cavid prospekti 25)

Təlimat:

• Yarışmada iştirak edəcək tələbələr səhər saat 08:50 qeyd olunan müvafiq ünvanda olmalıdırlar.

• BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi və ya tələbə bileti və diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.