SABAH BİLİK YARIŞMASINA QOŞUL!
Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Riyaziyyat, Müəllimlik, İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASI iki mərhələdən ibarət olmaqla cari ilin fevral-aprel aylarında keçiriləcəkdir. Müvafiq BİLİK YARIŞMASInda iştirak etmək istəyən SABAH qrupları tələbələrindən təlimatdan sonrakı qeydiyyat formasını doldurmaqları tələb olunur.
Təlimat:
1. BİLİK YARIŞMASInda yalnız SABAH qrup tələbələri iştirak edə bilər.
2. BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi, tələbə bileti və diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.
3. Elektron qeydiyyatın tarixi: 28/01/19 - 19/02/19
Qeydiyyat üçün link: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=L5ZinzvtdE-vcETFx2T9pNYuvroEmqlKh50H2UOcXKVUOFpGSVFTMkZHSk1TSjhRMk1SUTVZUkRKSi4u
Bilik yarışmalarının keçirilmə məkanı:
- Riyaziyyat üzrə Bilik Yarışması (Riyazi analiz, Diferensial tənliklər, Xətti cəbr, Ehtimal nəzəriyyəsi) 25/02/19 tarixində Bakı Dövlət Universitetində (Akademik Zahid Xəlilov küçəsi 23);
- Müəllimlik üzrə Bilik Yarışması (Pedaqogika, Psixologiya, Nitq mədəniyyəti) 27/02/19 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (Üzeyir Hacıbəyli küçəsi 68).
- İnformasiya Texnoloyaları üzrə Bilik Yarışması (Verilənlərin strukturu, Verilənlər bazası sistemləri) 01/03/19 tarixində Azərbaycan Texniki Universitetində (Hüseyn Cavid prospekti 25) keçiriləcəkdir.