Riyaziyyat üzrə BİLİK YARIŞMASInın FİNAL mərhələsi başa çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Riyaziyyat üzrə BİLİK YARIŞMASInın ikinci mərhələsi 11.03.2019-cu il tarixində keçirildi.

Yarışdan sonra I mərhələdən uğurla keçən və II mərhələdə iştirak edən bütün tələbələr sertifikat və hədiyyə ilə mükafatlandırıldılar.

II mərhələyüksək nəticə göstərən aşağıda adları qeyd olunmuş 7 nəfər tələbə günün II yarısı Riyaziyyat üzrə BİLİK YARIŞMASInın FİNAL mərhələsində iştirak etdi:

  1. Aygül Bayramova
  2. Aytac Nəbiyeva
  3. Əfsanə Rzazadə
  4. Nuranə Babaşova
  5. Rübabə Hüseynova
  6. Sahilə Gülməmmədova
  7. Süleyman Bağırov

Final mərhələsinin nəticələrinə əsasən 3 nəfər tələbə 1,2 və 3-cü yerə layiq görülmüşdür

  1. Süleyman Bağırov – I YER
  2. Rübabə Hüseynova – II YER
  3. Aygül Bayramova – III YER

Qaliblərin mükafatlandırılması Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASInın bağlanış mərasimində baş tutacaqdır.