SABAHımız Siz olun! 

   Tələbələrin müraciətlərini nəzərə alaraq, SABAH qruplarına 2016/2017-ci tədris ili üçün sənəd qəbulu tarixi 25 may 2016-cı il tarixinə qədər uzadılır. Elektron ərizənin doldurulması zamanı yaranan suallara cavab tapmaq üçün video təlimatı sizə təqdim edirik. Əgər siz, elektron ərizəni müvafiq qaydada doldurduqdan sonra ərizənin yadda saxlanılmasına/tamamlanmasına dair email vasitəsilə məlumat almamısınızsa və ya ərizənin doldurulması zamanı hər hansı texniki xəta ilə qarşılaşmısınızsa sorğu formasını tamamlamağınız xahiş olunur.

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur. 2016/2017-ci tədris ili üçün “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” ilə tanış olmağınız tövsiyə olunur.

Qeyd: Elektron Ərizəni doldurmaq üçün "Сhrome" brauzerindən istifadə etməyiniz xahiş olunur.