"Oracle Certified Master imtahanına gedən yol" mövzusunda mühazirə keçirildi!

21 Fevral 2015-ci il tarixində Azercell şirkətinin nümayəndəsi, proqram təminatı üzrə təcrübəli ekspert Kamran Ağayev Azərbaycan Texniki Universitetində SABAH tələbələri ilə görüşdü və "Oracle Certified Master imtahanına gedən yol" mövzusunda mühazirə apardı. Görüşdə SABAH qruplarının kompyuter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak etdilər.