Müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi

SABAH QruplarıAzərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2018/ 2019 –cu tədris ilinin Payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar.

Öhdəliklər:

Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;

Kurs sillabusunun hazırlanması;

Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;

ATM-lərin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi.

Namizədə Tələblər:

Əlaqədar sahədə ən aşağı Magistr dərəcəsi olan;

İKT və sahə bilikləri yüksək səviyyədə olan;

İnnovativ tədris metodikalarından istifadə edə bilən;

Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;

Dinamik, pozitiv və ünsiyyətcil.

Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurmaq xahiş olunur.

Seçim zamanı müvafiq sahə üzrə ali tədris təcrübəsi olan, Fəlsəfə doktoru/Elmlər doktroru və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd 2 fənnə qədər seçə bilər.

Fənlərin siyahısına “Fənlər” bölməsində baxa bilərsiniz.  

Müraciət etmək üçün müraciət formasını doldurmağınız tələb olunur.

       

Son müraciət tarixi: 19 iyun  2018