Macarıstanın Dunaujvaros Universitetinin professorları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qrupunun tələbələri ilə görüşüblər.

Macar professorlar Annamariya Sizer (Annamaria Csiszer) və Corc Aqoston (György Ágoston) SABAH tələbələrinə “Əmək bazarı” fənnini tədris ediblər. İki günlük tədrisin sonunda tələbələr imtahan veriblər.

Aprelin 21-də professor Corc Aqoston (György Ágoston) tələbələrə Dunaujvaros Universiteti barədə təqdimatla çıxış edib.Professor tələbələri Erasmus+ proqramı barədə də məlumatlandırıb. Tədbirdə hər iki universitet arasında birgə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda imtahanı uğurla verən SABAH tələbələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, UNEC-lə Dunaujvaros Universiteti arasında birgə elmi təqdiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlıq məqsədilə Erasmus+  müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC-in iki müəllimi mübadilə proqramı çərçivəsində Dunaujvaros Universitetində dərs deyəcək.