Layihənin məqsədi

Tədbirin tarixi: 01 Yanvar, saat

SABAH-ın məqsədi

SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.

Faktlar

SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 34 ixtisas üzrə Respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 755 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirmişlər.

2015/2016-cı tədris ili üçün SABAH qruplarına aparılmış qəbul nəticəsində 881 tələbə qəbul olunmuşdur və bununla SABAH tələbələrinin ümümi sayı 1636 nəfər olmuşdur. 2014/2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılmışdır. Yeni tədris ili üçün yenilənmiş SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılmışdır.

SABAH-ın üstünlükləri

SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

SABAH-a qəbul

SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.