SABAH-ın məqsədi

SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.

SABAH-ın hədəfləri

  • Təhsildə innovativ tədris metodlarının tətbiqi;
  • Təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi 
  • Təhsilverənlərin inkişafı və stimullaşdırılması 
  • Akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyası

SABAH-a qəbul

SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.