IV SABAH Karyera Qış Məktəbinə qeydiyyat başladı!

Sabaha hazırlıqlı ol!

SABAH-ın məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində artıq dördüncü dəfə SABAH Karyera Qış Məktəbi keçiriləcəkdir!

SABAH Karyera Qış Məktəbində Siz uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən öyrənəcəksiniz!

Qış Məktəbi 11-13 fevral tarixlərində Şamaxıda keçiriləcəkdir.

SABAH Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət/magistarturada təhsil) uyğun olaraq təlimlərdə iştirak edəcəklər. Tələbələrin seçimi ÜOMG və seçilmiş sahə üzrə nailiyyətləri nəzərə alınmaqla aparılır.Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqdırlar.

SABAH Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr 30 yanvar 2020-ci il, saat 00:00-dək qeydiyyatdan keçməlidirlər.

QEYDİYYAT