III və IV kurs SABAH tələbələrinin yataqxana qeydiyyatı

SABAH qruplarında təhsil alan III və IV kurs tələbələrinin 2017/18-ci tədris ili müddətində yataqxana ilə təmin olunması aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılacaqdır. 

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri bu qruplarda təhsil aldıqları dövr ərzində yataqxanada yerləşdirilə bilərlər.

Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.

 

Yataqxanaya qeydiyyat üçün uyğunluq meyarları

1. Valideynlərindən birini və ya hər ikisini itirmiş, valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr;

2. Qaçqın və ya məcburi köçkün övladları;

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin övladları, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Azərbaycan Respublikasının vətəndaşların övladları

4. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik(I və ya II qrup) müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilən vətəndaşların övladları;  

5. 3 və daha çox uşağı olan ailələrin övladları;

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınmış ailələrin övladları;

7. SABAH qruplarına Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində yerləşən ali təhsil müəssisələrindən qəbul olunmuş və həmin bölgələrdə qeydiyyatda olan tələbələr;

 

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin surəti və meyarların əsası olaraq tələb olunan sənədlər aşağıdakılardır (meyarların nömrələndiyi qaydada)

1. Ölüm və ya boşanma haqqında şəhadətnamə (müvafiq qurum tərəfindən verilmiş, tələbənin doğum haqqında şəhadətnaməsi)

2. Vəsiqə (Qaçqın və ya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tərəfindən verilmiş), tələbənin doğum haqqında şəhadətnaməsi

3. Vəsiqə və ya arayış (müvafiq qurum tərədindən verilmiş), tələbənin doğum haqqında şəhadətnaməsi

4. Vəsiqəv və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş), tələbənin doğum haqqında şəhadətnaməsi

5. Ailə tərkibi haqqında yaşayış yerindən arayış

6. Arayış (ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən verilmiş), tələbənin doğum haqqında şəhadətnaməsi

7. Sənəd tələb olunmur

 

Müraciət 

Elektron müraciət formasının doldurulması üçün son tarix 4 sentyabr 2017-ci ildir. Yalnız sabah.edu.az emaillərini qeyd etməklə qeydiyyatdan keçmiş tələbələrin müraciətlərinə baxılacaqdır.Sənədlərin (surəti) təqdim olunması üçün son tarix 7 sentyabr 2017-ci ildir.

Müvafiq qeydiyyat keçidi, yataqxanada yaşayış haqqında ətraflı məlumat SABAH tələbələrinin email ünvanlarına göndərilmişdir. 

Sənədlər (surəti) 30,31 avqust, 5,6,7 sentyabr tarixlərində saat 10:00-13:00 arasında təqdim edilməlidir.

- BDU tələbələri üçün BDU SABAH mərkəzi

- ADNSU tələbələri üçün ADNSU SABAH mərkəzi

- ADİU tələbələri üçün ADİU SABAH Mərkəzi

- BSU, ADU tələbələri üçün Bakı Slavyan Universiteti

- ADPU, AzTU, AzMİU, ADRA, BMA, ADMİU tələbələri üçün Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi (saat 14:00-18:00 arasında)