Hörmətli tələbələr, 2023/2024-cü tədris ilində SABAH yataqxanası ilə təmin olunmaqla bağlı aşağıdakı məlumatla tanış olmağınız xahiş olunur.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri bu qruplarda təhsil aldıqları dövr ərzində yataqxanada yerləşdirilə bilərlər.
Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük verilir.
Yataqxana ilə təmin olunma aşağıdakı meyarların göstərilən ardıcıllığına əsasən aparılır.
YATAQXANAYA QEYDİYYAT ÜÇÜN UYĞUNLUQ MEYARLARI
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Meyarların əsası olaraq tələb olunan sənədlər (surətləri) aşağıdakılardır:
MEYAR 1 ÜZRƏ: Ölüm və ya boşanma haqqında şəhadətnamə, müvafiq statusu göstərən vəsiqə, (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
MEYAR 2 ÜZRƏ: Vəsiqə (Qaçqın və ya Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
MEYAR 3 ÜZRƏ: Vəsiqə və ya arayış (ƏƏSMN yanına tibbi-sosial ekspertiza komissiyası tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
MEYAR 4 ÜZRƏ: Vəsiqə (müvafiq qurum tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
MEYAR 5 ÜZRƏ: Arayış (ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən verilmiş) + tələbənin doğum haqqında şəhadətnaməsi
MEYAR 6 ÜZRƏ: Ailə tərkibi haqqında yaşayış yerindən arayış
MEYAR 7 ÜZRƏ: Sənəd tələb olunmur
ŞƏXSİYYƏT VƏSİQƏSİNİN SURƏTİ BÜTÜN HALLARDA TƏQDİM OLUNMALIDIR.
DİQQƏT! Yeni növ şəxsiyyət vəsiqəsi olan tələbələr əlavə olaraq yaşayış yerindən arayış təqdim etməlidirlər. Tələbələrin yataqxanaya qeydiyyatı ELEKTRON MÜRACIƏT FORMASININ DOLDURULMASI və UYĞUN SƏNƏDLƏRIN TƏQDIM OLUNMASI əsasında aparılacaqdır.
Müraciət etmiş namizədlərin sayı mövcud yerlərin (qız və oğlanlar üçün kvota yerlərin sayına uyğun olaraq) sayından çox olduğu halda, bərabər meyarlara cavab verən tələbələr arasından təhsil dövrü ərzində ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbəyə üstünlük veriləcəkdir.
ELEKTRON MÜRACİƏT FORMASININ DOLDURULMASI ÜÇÜN SON TARİX 5 SENTYABR 2023-CÜ İLDİR.
QEYDİYYAT LINKI: https://forms.office.com/r/HYYcnnpAjW
Tələbələr seçilmiş meyara uyğun sənədlərini 7 SENTYABR SAAT 00:00-DƏK email vasitəsilə ilə student@sabah.edu.az email ünvanına təqdim etməlidirlər.
Sənədlər aydın şəkildə skan olunmuş formada “Yataqxanaya Müraciət 2023” başlığı altında göndərilməlidir.
AYDIN ŞƏKILDƏ SKAN OLUNMAMIŞ SƏNƏDLƏR QƏBUL EDILMƏYƏCƏKDIR.