Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar zənciridir.Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının tələblərinə uyğun olaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.