2023-cü il may ayının 15-də görkəmli türkoloq alim, şair və ictimai-siyasi xadim, professor Bəkir Vahab oğlu Çobanzadənin (1893-1937) anadan olmasının 130 ili tamam olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzi böyük mütəfəkkirin zəngin və çoxşaxəli fəaliyyətinin gənc nəslə aşılanması, habelə müasir türk dünyası üçün aktual sayılan məsələlər haqqında onların fikir və görüşlərini öyrənmək məqsədilə 23 may 2023-cü ildə Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş «Bəkir Çobanzadə və müasir türk dünyası» mövzusunda Tələbə Elmi Konfransını keçirəcək.
Konfransın təqvimi:
Konfransın İşçİ dİllərİ: Azərbaycan, türk, rus və ingilis.
Konfrasın elmİ bölmələrİ:
Tezİslərİn mətnİnə verİlən tələblər:
Tezis 250-350 söz həcmində, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla hazırlanmalıdır.
Mətnin əvvəlində səhifənin orta hissəsində tezisin adı, səhifənin aşağı sağ tərəfi hissəsində tünd-qara şriftlə müəllifin adı, atasının adı, soyadı, alt sətirdən kursivlə təhsil aldığı universitet, ixtisas və kurs, həmçinin növbəti sətirdən elmi rəhbərin elmi dərəcəsi, adı və soyadı qeyd olunmaldır.
Tezisnin sonunda mövzu ilə əlaqədar 3-5 açar söz yazılmalıdır.
Tezislər elmi üslubda yazılmalı, mətndə ədəbi dil normalarına ciddi əməl olunmalı, işin məzmunu orijinallığı, elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
Qeyd olunan xarici dillərdə hazırlanmış tezislərin mətni Azərbaycan dilində də təqdim olunmalıdır.
Konfransa təqdim olunmuş tezislər Təşkilat Komitəsi tərəfindən dəyərləndirildikdən və antiplagiat proqramında yoxlanıldıqdan sonra müəlliflərərə qəbul olunub-olunmaması ilə bağlı məlumat veriləcəkdir.
Dİqqət! Göstərilən tələblərə cavab verməyən tezislər Təşkilat Komitəsi tərəfindən qəbul edilməyəcəkdir.
Konfransda iştirak etmək istəyənlər tezislərini 5 may 2023-cü İl tarixədək Təşkilat Komitəsinin turkdunyasi2023@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Tezisin sonunda konfransda iştirak üçün bildiriş formasını əlavə edib doldurmağınız mütləqdir!
Adı, ata adı, soyadı | |
Ali təhsil(elmi-tədqiqat) müəssisəsi | |
Fakültə, şöbə, ixtisas, qrup | |
Əlaqə nömrəsi (mobil) | |
Tezisin adı |
Əlaqə:
Telefon: (+994) 70 342 48 84, (+994) 50 303 00 21
E-mail: turkdunyasi2023@mail.ru