« Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış» adlı layihəsi çərçivəsində Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirildi

    21 noyabr 2016-cı il Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Futuroloqlar  Cəmiyyətinin - Minilliyin Layihəsinin Azərbaycan nümayəndəliyinin tərəfdaş olduğu « Gələcəyin mütəxəssisləri  Azərbaycan 2025  - Gələcəyə baxış» adlı  layihəsi çərçivəsində Azərbaycan Texniki Universitində elmi-praktiki konfrans keçirilmişdir.     

«Gələcəyin mütəxəssisləri Azərbaycan 2025 - Gələcəyə baxış» layihəsi  çərçivəsində  AzTU-nun SABAH mərkəzin rəhbərin Aytən Sadıqova SABAH qrupları haqqında məlumat vermişdir. Azərbaycan Texniki  Universitetinin SABAH qrupları üçün nəzərdə tutulmuş konfransı Elm və texnika üzrə prorektoru , professor  İlham Pirməmmədov açıq elan etdi və tədbir iştirakçılarına uğurlar arzu etdi. Digər çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə  gələcəyin araşdırılmasının vacibliyinə və “SABAH” qruplarında təhsil alan tələbələrin proqnozlaşdırma üzrə xüsusi tədqiqatlara cəlb edilməsi və məhz yaxın və orta gələcəyin görüntüləri üzərində qurulmasına diqqəti çəkdi.    

Konfransın davamında Minilliyin Layihəsinin  direktoru Cerom Qlenın məruzəsi dinlənildi. Sonra Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin tələbələr tərəfindən seçilmış  nümayandəsi çıxışını təqdim etdi. Konfransın sonunda "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri, Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspert şurasının üzvü  Fərid İsmayılzadənin məruzəsi dinlənildi. Sonda konfrans iştirakçılarını maraqlandıran suallara cavab verilməsi ilə yekunlaşdı.