Fransanın Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.

19-24 mart 2016-cı il tarixlərində SABAH tələbələrinin Paris Sorbon Abu-Dabi Universitetində keçirilən təlimdə iştirakı nəzərdə tutulur.

Səfərdən öncə tələbələri salamlamaq məqsədilə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezlə Fransa səfirliyində görüş keçirilmişdir. Görüşdə xanım Buşez Fransa ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsindən şad olduğunu bildirmiş və tələbələrə uğurlar arzulamışdır.

Görüşdə tələbələrlə yanaşı SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və SABAH qruplarının İcra Komitəsinin üzvü Mehriban Nəzərova da iştirak etmişdir.