Elektron ərizənin doldurulmasına dair tez-tez verilən suallar

Sual 1. Qeydiyyatdan keçərkən emailimi səhv yazmışam, nə etməliyəm?

Cavab 1. Qeydiyyatınızın silinməsi üçün müraciət etməlisiniz. Bunun üçün ad, soyad, ata adınızı və şəxsiyyət vəsiqənizin FİN kodunu daxil etməklə admission@sabah.edu.az ünvanına email göndərməli və ya SABAH qruplarının rəsmi Facebook səhifəsinin mesaj bölməsinə yazmalısınız. Hesabınız silindiyi halda sizə cavab veriləcəkdir.

 

Sual 2. FİN kod nədir?

Cavab 2. Yeni növ şəxsiyyət vəsiqəsində Fərdi İdentifikasiya Nömrəsi başlığı altında qeyd olunmuş 7 simvoldan ibarət koddur.Köhnə növ şəxsiyyət vəsiqəsində vəsiqənin ön üzünün axırıncı sətirində qeyd olunmuş son səkkiz  simvolun ilk yeddisidir. 

 

Sual 3. Qeydiyyatdan keçmişəm amma bildiriş gəlməyib, nə etməliyəm?

Cavab 3. Elektron poçtunuzun spam/junk qovluğunu yoxlamalısınız. Bildiriş gəlməyibsə, hesabınızın silinməsi üçün müraciət etməlisiniz (Bax: Cavab 1.)

 

Sual 4.  Elektron poçt ünvanıma göndərilmiş verifikasiya linkinə kliklədikdə xəta ilə üzləşirəm. Nə etməliyəm?

Cavab 4. Student.sabah.edu.az saytından hesabınıza birbaşa daxil olmağı yoxlamalısınız.

 

Sual 5.  Elektron ərizəni doldurmuşam, “Göndər” düyməsini sıxdıqda xəta ilə üzləşirəm, ərizəm göndərilibmi?

Cavab 5.  Elektron ərizənin göndərilməsi zamanı xəta sistemin həddən artıq yüklənməsi ilə bağlı ola bilər. Elektron ərizəniz göndərildikdə elektron poçt ünvanınıza bildiriş gəlməlidir. Əgər bu bildirişi almamısınıza, deməli Elektron ərizəniz göndərilməmişdir və siz yenidən cəhd etməlisiniz. 

 

Sual 6. Elektron ərizəni göndərmişəm, bildiriş almışam lakin təsdiqlənməsi haqqında məlumat verilməyib.

Cavab 6.  Elektron ərizələr mütəmadi olaraq yoxlanılır və qeydiyyatın bitmə tarixindən asılı olmayaraq, ərizəniz yoxlandıqdan sonra elektron poçt bildirişi göndəriləcəkdir.

 

Sual 7.  Sualıma cavab tapmadım, birbaşa əlaqə saxlamaq üçün nə etməliyəm?

Sual 7. Birbaşa əlaqə saxlamaq üçün sualınızı admission@sabah.edu.az ünvanına yaza, müvafiq saatlar ərzində SABAH mərkəzi ilə əlaqə saxlaya (www.sabah.edu.az saytının “Əlaqə” bölməsinə bax) və ya SABAH qruplarının rəsmi Facebook səhifəsinin mesaj bölməsinə yaza bilərsiniz. Müraciət edərkən hər zaman ad, soyad, ata adı və FİN kod bildirilməlidir. Əks halda, probleminizin səbəbinin aydınlaşdırılması mümkün deyildir.