AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN SABAH QRUPLARINDA 2021/2022–ci TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNDƏ MÜXTƏLİF FƏNLƏRİN TƏDRİSİNİ APARMAQ MƏQSƏDİLƏ VAKANT YERLƏR ÜÇÜN PROFESSOR-MÜƏLLİM HEYƏTİ VƏ MÜTƏXƏSSİSLƏR SAATHESABI QAYDADA İŞƏ DƏVƏT OLUNUR

SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:

  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından istifadə etməsi;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması;
  • Həm “online” həm də “offline” formada tədris edə bilməsi.

QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN AŞAGIDAKILARI BİLMƏSİ VACİBDİR:

  • Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
  • Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;
  • Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb  olunur;
  • Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
  • Müsabiqəni uğurla keçən namizədlərdən müvafiq vakant fənn üzrə tədris etmələri üçün COVİD pasportu (COVİD-19 vaksin sertifikatı və ya COVİD-19 immunitet sertifikatı) tələb olunacaq;
  • Son müraciət tarixi və vaxtı: 22.06.2021-ci il, saat 00:00

QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.