“Bir günəş altında" adlı tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  “Bir günəş altında" adlı tamaşa nümayiş olunub.

Tamaşada rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələr ifa ediblər.

Tamaşanın məqsədi fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiya edilməsinə köməklik göstərmək və onların digər gənclərlə birgə fəaliyyətinə dəstək olmaqdır.

Tədbir Təhsil Nazirliyi və “British Council Azerbaijan”nın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, SABAH qrupları və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə baş tutub.