Bakl Dövlət Universitetinin SABAH tələbəsinin “Qanunçuluq” Hüquq jurnalında məqaləsi dərc olunmuşdur

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının II kurs  SABAH qruplarının tələbəsi Erkin Musayevin  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” Hüquq  jurnalında  “Publik hüquq və onun sahələri” mövzusunda məqaləsi  dərc olunmuşdur.  Müəllif məqalədə ötən ilin dekabr ayının 29-da “Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının qanunu” nun qəbul edilməsi və bunun nəticəsi olaraq ölkədə yeni struktur- Publik hüquqi şəxs yaradılmasından,  Publik hüquq və Xüsusi hüquq sahələri arasındakı mühüm fərqlərin tənzimlənməsindən bəhs edir.