Bakı Musiqi Akademiyasında SABAH-ın təqdimatı

4 mart 2015-ci il tarixində Bakı Musiqi Akademiyasında SABAH qrupları layihəsinin təqdimatı keçirildi. SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev tələbələrlə görüşərək 2015/16-cı tədris ilində Bakı Musiqi Akademiyasında "İnstrumental ifaçılıq" ixtisası üzrə SABAH qruplarının yaradılmasının nəzərdə tutulduğunu bildirmiş və qəbul barədə tələbələrin suallarını cavablandırmışdır.