Bakı Dövlət Universitetinin SABAH tələbələrinin hazırladıqları tamaşa uğurla yekunlaşıb.

Üzeyir Hacıbəyovun “Ər və arvad” komediyasi SABAH qrupları tələbələrinin təqdimatinda Bakı Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alan SABAH qruplarının tələbələri Üzeyir Hacıbəyovun “Ər və arvad” komediyası əsasında tamaşa hazırlamışlar.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Tədris işləri üzrə rəhbəri Eldar Qocayev, BDU-nun SABAH mərkəzinin rəhbəri dos. İradə Süleymanova, Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, SABAH qruplarında dərs aparan müəllimlər, tamaşada iştirak edən tələbələrin valideynləri və digər qonaqlar da iştirak ediblər. Tamaşadan öncə Eldar Qocayev çixış edərək hamını bu tədbirin məqsəd və məqamından, əhəmiyyətindən danışdı. BDU-nun SABAH qrupları tələbələri həmçinin bu tamaşanın hazırlanmasında yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə BDU-nun rektoru akademik Abel Məhərrəmova dərin təşəkkürlərini bildirdilər. Tamaşanın sonunda təəssüratlarını bölüşən qonaqlar tələbələrin təşəbbüsünü və yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirib, onlara uğurlar arzu etdilər.

Tamaşanı filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarova hazırlamışdır.