Bakı Dövlət Universitetinin SABAH tələbələri İslam Gənclər Forumu konfransında iştirak ediblər

Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının IV kursunda təhsil alan tələbələri Bəhlül Yusifli və Faiq İsazadə 22-28 Oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatı (Beynəlxalq Model OİC) və Məşhəd şəhər bələdiyyəsi tərəfindən təşkil olunmuş İslam Gənclər Forumu konfransında (dialoq və əməkdaşlıq) (İslamic Conference Youth Forum for diologue and cooperation) iştirak etmişlər. Konfransda 57 ölkədən 132 iştirakçı iştirak etmişdir. Konfransın əsas işi İslam Əməkdaşlıq Təşkilatının gördüyü işi simulyasiya şəklində gənc diplomatlarla oyun halında əks etdirməkdir.Konfransda İslamafobia, Ümumi bazar,extremism, Suriya qaçqınları məsələləri müzakirə edilmişdir. Sonda bu məsələlər üzrə yekun qətnamə qəbul edilmişdir. Qətnamədə həmçinin Azərbaycan Respublikasının  Ermənistan tərəfindən təcavüzə məruz qalması haqqlnda müddəa da əlavə olunmuşdur.   Universitetimizin 4-cü kurs SABAH qrupu hüquq fakültəsi tələbələri Bəhlül Yusifli və Faiq İsazadə adıçəkilən konfransda Azərbaycan Respublikası nümayəndə heyətində yer almış və ölkəmizi layiqincə  təmsil etmişlər. Göstərdikləri aktiv və uğurlu iştiraka görə  “Ən yaxşı komanda" və "Komitənin lideri" sertifikatlarıyla (certificate of honor) təltif olunmuşlar.