Bakı Dövlət Universitetinin SABAH qrup tələbəsi VIII qrant müsabiqəsində qalibi olub.

Bakı Dövlət Universitetinin SABAH qrup tələbəsi Turqut Şabanoğlunun Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində Gənclər Fondunun VIII qrant müsabiqəsində qalibi olduğu "Azərbaycanı tanıyaq" gənclərarası intellektual yarış layihəsinin təqdimatı keçirilmişdir.

21 oktyabr 2016-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarışının təqdimat mərasimi keçirilmişdir. Tədbiri açıq elan edən layihə rəhbəriBDU-nun Tarix müəllimliyi ixtisasında təhsil alan SABAH qrup tələbəsi  Turqut Şabanoğlu layihə haqqında geniş məlumat verərək, gənclərin dünyagörüşünün formalaşması, intellektual səviyyələrinin yülsəlməsi, Vətən tarixinin dərindən öyrənilməsində intellektual yarışların rolunu yüksək qiymətləndirmiş və qeyd etmişdir ki,bu layihənin həyata keçirilməsi, dövlət gənclər siyasətinin əsas prinsiplərindən biri olan gənclərin intellektual inkişafına xidmət edəcəkdir.Layihənin açılış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Seymur Cəfərov, habelə Gəncə Dövlət Universitetinin  müəllimi, tarixçi ekspert  Ümid İsmayılov  bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı önəmindən, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətindən söz açmışlar. Yarış iştirakçıları  Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası, və məntiq üzrə biliklərini sınayacaqlar.  Yarışda səslənən suallar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi, Azərbaycançılıq ideyalarının təbliğ olunmasında müstəsna rol oynayacaqdır.

 Məlumat üçün bildirək ki, yarışın qalibləri hədiyyələr, sertifikat və kubokla təltif olunacaq.