Keçirilməsi 16 oktyabr - 06 noyabr 2023-cü il tarixlərində nəzərədə tutulan Müsabiqə aşağıdakı şərtlər üzrə aparılacaqdır:
- Bütün SABAH qruplarını (həm bakalavr, həm magistr) əhatə edəcək müsabiqədə hər bir SABAH baza ali təhsil müəssisəsindən ən çoxu üç komanda iştirak edə bilər.
- Müsabiqə ATM SABAH mərkəzlərinin deyil, ayrı-ayrı komandaların yarışıdır. Buna görə də burada müxtəlif universitetlərdən olan SABAH tələbələri də birgə komanda şəklində iştirak edə bilər. Hər bir komanda tək və ya daha çox tələbənin iştirakı əsasında formalaşdırıla bilər.
- Hər bir təqdimatın məzmununa uyğun fərdi adı olmalıdır.
- Təqdimatlar məzmunca 44 günlük müharibəni, Zəfər Gününün ümumi mahiyyətini, ayrı-ayrı qəhrəmanları və ya döyüşləri özündə əks etdirə bilər.
- Komandaların təqdimatlarının seçilib İcra Komitəsinə təqdim edilməsi müvafiq baza ali təhsil müəssisələrinin SABAH mərkəzləri tərəfindən həyata keçiriləcəkdir.
- Müsabiqədə iştirak etmək üçün komandalar hazırladıqları təqdimatları 25 oktyabr 2023-cü il tarixinədək müvafiq baza ATM SABAH mərkəzinə material (video-çarx, yaradıcılıq əsərləri (bədii xalça, bədii toxuculuq, bədii keramika, şüşə və metal nümunələri, rəngkarlıq və rəsm əsərləri, dizayn layihələri)) şəklində və canlı təqdimatlar (səhnəcik, musiqi nömrəsi, bədii kompozisiya, şer təqdimatı, çıxış (nitq)) haqqında məlumat şəkildə təqdim edilməlidir.
- Təqdimatlar materialları və ya canlı təqdimatları təsvir edən yazılı məlumatın müvafiq baza ATM SABAH mərkəzləri tərəfindən SABAH qrupları İcra Komitəsinə təqdim olunması üçün son tarix 30 oktyabr 2023-cü il saat 12:00-dək müəyyənləşdirilmişdir.
- Hər bir təqdimatın maksimum müddəti 10 dəqiqədir.
- Təqdimatların ekspertlər tərəfindən qiymətləndirilməsi və qaliblərin mükafatlandırması 31 oktyabr - 06 noyabr 2023-cü tarixlərində keçiriləcəkdir.
Təqdimatların seçilməsi və qaliblərin müəyyənləşdirilməsi aşağıdakı meyarlar üzrə aparılacaqdır:
- Məzmun - faktlar, tarixi xronologiya
- Təsir- auditoriya təsir effekti
- Tərtibat- bədiilik, sujet xətti, lakoniklik
Müsabiqədə iştirak etmək istəyən komandalar ətraflı məlumat üçün müvafiq baza ali təhsil müəssisəsinin SABAH mərkəzinə müraciət edə bilərlər.
