Azərbaycan Yaradıcı Sənayelər Forumu

SABAH tələbələri "British Council Azərbaycan" və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı çərçivəsində Daş salnamə muzeyində "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq" mövzusunda keçirilmişlim forumda iştirak ediblər.

Forumda SABAH tələbələri komanda şəklində öz inovativ ideyalarını irəli sürərək təcrübəli mentorların nəzarəti altında yaradıcı biznes sahəsində layihələr hazırlayıb aparıcı avropalı ekspertlər və yaradıcı sahibkarlara təqdim etmişdirlər. Layihənin əsas məqsədi tələbələrin gənclərin ümumi potensialını və kreativ ideyalarının üzə çıxarılmasından ibarət idi.

Forumda 1ci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH  qrupları tələbərinin təqdim etdiyi “Invest me” layihəsi laiq görülmüşdür. Komanda üzvləri IV kursda sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alan Sevil Hacıyeva, Ülviyyə Axundova, Pinar Cəbrayılova, Aytən İbrahimova, Hacəsgər Əsgərli, Dilavər Kərimli və Əmrah İsmayılzadədir.

Tələbələrimizi təbrik edir, öz peşəkar fəaliyyətlərində uğurlar arzu edirik!