ÖHDƏLİKLƏR
- Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
- Kurs sillabusunun hazırlanması;
- Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
- SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
- Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
- Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaylarına riayət ediləməsi.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Tədrisdə İKTdən hərtərəfli istifadə edə bilməsi;
- İnnovativ tədris metodlarından istifadə etməsi;
- Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
- Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
- Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.
Qeyd edilən öhdəlik və tələblərə uyğun namizədlərin aşağıdakıları bilməsi vacibdir:
- Hər bir namizəd 2 FƏNN üzrə müraciət edə bilər;
- Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;
- Müraciət etmək üçün "Müraciət forması" doldurmağınız tələb olunur;
- Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
Son müraciət tarixi və vaxtı: 11.09.2020-ci il, saat 13:00
QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.