Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavr) 2022/2023–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir!

SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:

Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;

Kurs sillabusunun hazırlanması;

Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;

SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;

Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;

Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:

Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;

Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;

Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;

İnnovativ tədris metodlarından istifadə etməsi;

Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;

Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;

Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması;

Geniş dünya görüşün və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması;

QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN AŞAGIDAKILARI BİLMƏSİ VACİBDİR:

Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;

Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz;

Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;

Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, sertifikat, diplom və onların nostrifikasiyası) surətlərini teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur;

Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;

Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;

Bu seçim müvafiq fənn üzrə yalnız 2022/2023-ci tədris ilinin yaz semestrində tədrisini nəzərdə tutur.

Beləliklə, növbəti tədris ilində (semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsinin İcra Komitəsinin isə mütləq təminatı yoxdur.

Son müraciət tarixi və vaxtı: 12.02.2023-cü il, 23:59

QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.