Akhundoff Group şirkətinin yaradıcısı Telman Axundovla SABAH tələbələrinin görüşdü.

29.10.2014-cü il tarixində Bakı Dövlət Universitetində Akhundoff Group şirkətinin yaradıcısı Telman Axundovla SABAH tələbələrinin görüşü keçirildi. Telman Axundov öz təcrübəsindən yararlanaraq informasiya texnologiyaları sahəsində biznesin qurulması, innovasiyaların Azərbaycanda tətbiqi imkanları, həmçinin bu sahədə təhsil alan tələbələrin kariyera imkanları barəsində faydalı məlumatlar və məsləhətlər verdi.