Hörmətli SABAH qrupları tələbələrİ,
Müraciəti təsdiqlənmiş və siyahıda adları qeyd olunan II kurs SABAH qrupları tələbələrinin yerləşdirilməsi SABAH qruplarına qəbul balına uyğun azalan sıra ilə növbəli şəkildə aparılır.
Siyahıdakı ardıcıllıq üzrə II kurs SABAH qrupları tələbələri Univerium yataqxanasının (Nəsimi rayonu, Bakıxanov küçəsi 37) ayırdığı kvotaya əsasən yerləşdirildikdən sonra, digər II kurs tələbələr Damla yataqxanasına (Yasamal rayonu, İ. Zülalov küçəsi 30) yerləşdirilmişdir.
Univerium və Damla yataqxanalarında yaşayış ilə təmin olunmuş II kurs SABAH qrupları tələbələrinin siyahısı aşağıdakı kimidir:
DİQQƏT!
UNİVERİUM yataqxanasına yerləşmə 15 SENTYABR 2023-cü il, DAMLA yataqxanasına yerləşmə 13 SENTYABR 2023-cü il tarixindən etibarən aparılacaqdır.
Yataqxanaya yerləşmək üçün şəxsiyyət vəsİqəsİnİ təqdim etmək mütləqdir:
Bakalavriat səviyyəsinin III, IV, V kurs və magistratura səviyyəsinin tələbələrinin qaydalara uyğun olaraq yerləşməsi haqqında məlumat yaxın günlərdə www.sabah.edu.az saytında paylaşılacaq.