2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçiminin yeni imtahan tarixi elan olunur

Hörmətli tələbələr,

SABAH qruplarına 2019/2020-ci tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 30 IYUN 2019-cu il tarixində keçiriləcəkdir. 

İmtahana buraxılış vərəqələrini 26 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetinizə daxil olaraq yükləyə və çap edə bilərsiniz.  

DİQQƏT! 

İMTAHAN IŞTIRAKÇILARININ NƏZƏRİNƏ:

  • İmtahan günü saat 9:00-dan gec olmayaraq imtahanın keçiriləcəyi yerdə olmalısınız.
  • 10:00-dan gec gələn tələbələr imtahan binasına buraxılmayacaqlar.
  • İmtahana gələrkən özünüzlə mütləq “imtahana buraxılış vərəqəsi”nin çap versiyasını və şəxsiyyət vəsiqənizi gətirməlisiniz, əks hada imtahana buraxılmayacaqsınız.
  • İmtahan prosesində meydana çıxan hər hansı bir problemlə əlaqədar imtahan otağındakı nəzarətçiyə müraciət etməlisiniz.

İMTAHAN GÜNÜ QADAGANDIR:

  • saxta sənəd təqdim etmək;
  • imtahana mobil telefon, kalkulyator, xarici yaddaş qurğuları, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
  • yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
  • sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
  • nizam-intizam qaydalarını pozmaq;
  • zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
  • başqasının “Cavab kağızı”na, “Sual kitabçası”na baxmaq və ya öz “Cavab kağızı”na, “Sual kitabçası”na başqasının baxması üçün şərait yaratmaq;
  • nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
  • “Cavab kağızı”nı nəzarətçiyə təhvil vermədən imtahan otağını tərk etmək. 

Belə hallar aşkar olunarsa həmin tələbə xəbərdarlıq olunmadan imtahandan xaric olunacaq və onun imtahan nəticələri ləğv olunacaqdır. 

 

DİQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan tələbələr barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar.