2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi/II semestr transkriptlərinin yüklənməsi

 2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin müsahibə mərhələsində iştirak etmiş bütün tələbələr II semestr üzrə akademik göstəricilərinin qeyd olunduğu transkripti 26 İYUL 2019-cu il tarixinədək www.student.sabah.edu.az saytında yerləşən şəxsi kabinetlərinə yükləməlidirlər. 

TRANSKRİPT MÜTLƏQ MÖHÜRLÜ VƏ İMZALI OLMALIDIR.

Adları aşağıda göstərilən ali təhsil müəssisələrində təhsil alan namizədlər akademik transkriptlərini müvafiq universitetlərin SABAH mərkəzlərindən əldə edə bilərlər

- Azərbaycan Dillər Universiteti, SABAHmərkəzi, IVmərtəbə, 434-cü otaq, saat 10:00 – 15:00

- Bakı Dövlət Universiteti, SABAH mərkəzi, əsas korpus, II mərtəbə, 241-ci otaq, saat 09:00 – 18:00

Digər ali təhsil müəssisələrində təhsil alan tələbələr akademik arayış almaqda çətinliklə qarşılaşdıqları halda öz ali təhsil müəssisələrinin SABAH mərkəzləri ilə əlaqə saxlaya bilərlər.  

Namizədlərin II semestr üzrə nəticələri yoxlandıqdan sonra SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı sabah.edu.az saytında yerləşdiriləcəkdir.